"Artıq Azərbaycanın 5 rayonunda yerləşən meşələrdə kameralar quraşdırılıb".
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, kameralar daha çox kənar müdaxilə olan yerlərdə quraşdırılıb: "Bu il Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında yerləşən meşələrdə kameralar quraşdırılıb. Bu iş gələn il davam etdiriləcək".
Nazir müavini qeyd edib ki, növbəti ildə kameraların sayı artdıqca operator mərkəzinin yaradılması nəzərdə tutulub: "Kameralar 24 saat işləyir və günəş batareyarı ilə təmin edilib".