İCMAL.az Analitik Təhlil Mərkəzi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə 2018-ci ildə daha bir maraqlı sosioloji sorğuya start verib.
Unikal.org xəbər verir ki, budəfəki sorğu “İlin rektoru” və “İlin Ali məktəbi” nominasiyaları üzrə qaliblərin müəyyən edilməsini nəzərdə tuturdu. On mindən artıq vətəndaşın qatıldığı sorğu bu günlərdə yekunlaşıb.
Sorğunun nəticələrinə görə, Bakı Slavyan Universiteti “İLİN ƏN YAXŞI UNİVERSİTETİ” nimonasiyası üzrə qalib elan olunub. Bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasovun BSU-nun rektoru, professor Nurlana Əliyevaya ünvanladığı məktubunda bildirilib. Məktubda həmçinin Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən BSU-ya qalib olması münasibətilə mükafat veriləcəyi qeyd olunub.