Təhsil naziri Ceyhun Bayramov Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni rəhbər təyin edib.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədovun Unikal.org-a verdiyi məlumata görə, nazirin bu gün imzaladığı əmrə əsasən BŞTİ-nin müdir vəzifəsinə Rəşad Tağıyev təyin edilib.
Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.
2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.
Ailəlidir, iki övladı var.