ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.
Unikal.org APA-ya istinadən bildirir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter" səhifəsində yazıb: "Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi də daxil olmaqla Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu".
Qeyd edək ki, həmsədrlər və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.