Futbol üzrə Seneqal Futbol Federasiyasının rəhbərliyi bu ölkənin yığma komandasının baş məşqçisi ilə bağlı yekun qərarını açıqlayıb.

Unikal.org xəbər verir ki, indiki baş məşqçi Aliu Sisse ilə anlaşmanın müddəti uzadılıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildilir ki, 42 yaşlı mütəxəssislə müqavilənin müddəti 2021-ci ilə qədər artırılıb.

Sisse bundan sonra Seneqal yığmasında ayına 15 milyon Afrika frankı (25 773 ABŞ dollar) qazanacaq.