Macarıstanın paytaxtı Budapeştdə məşhur idman saytının üzvü saxlanılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Football Leaks” layihəsinin təsisçisi Rui Pintu həbs edilib. Portuqaliyalı haker oğurluqda ittiham edilir. Belə ki, onun "Benfika”nın elektron sənədlərini oğurladığı iddia edilir. Onun ölkəsinə ekstradisiya ediləcəyi bildirilir. O oğurluğa görə, 10 il azadlıqdan mərhumetmə cəzalanıb.
Qeyd edək ki, futbol sektorunda məxfi maliyyə sənədlərini dərc etməklə məşhurlaşan "Football Leaks” saytı Budapeştdə 2015-ci ildə təsis edib. Həmin sənədlər arasında FIFA-da korrupsiya hallarının olması da var.