“Marsel” Fransa Liqa 1-in 17-ci turundan təxirə salınmış oyunda “Sent-Etyen”ə səfərdə məğlub olub.
Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, 1:2 hesabıyla başa çatan görüş “Marsel”in cari mövsümdə sayca 7-ci məğlubiyyəti olub.
“Marsel” Liqa 1-də son 9 matçdır ki, qələbə üzünə həsrətdir. Komanda bu oyunlarda 4 heç-heçə edib, 5 dəfə də məğlub olub. Bu son 7 ilin ən pis göstəricisidir.
“Marsel” sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl 12 oyun qələbə qazana bilməmişdi.
“Marsel” cari mövsümdə 20 turdan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb.