Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Aydın Əhmədov həbs edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, federasiya rəsmisi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2 gün öncə saxlanılıb.
İddia olunur ki, onun həbs edilməsinə səbəb vətəndaşlardan dələduzluq yolu ilə 10 milyon manat mənimsəməsidir.
Xatırladaq ki, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev Aydın Əhmədovu ötən ilin aprel ayında quruma vitse-prezident təyin edib. Bundan əlavə A.Əhmədov AKF-nin tərkibində yer alan “Euro Fight” klubunun direktoru olmaqla yanaşı, “Premium Travel” şirkətinin rəhbəridir.
***
Unikal.org-un əldə etdiyi məlumata görə, Aydın Əhmədov Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Aygün İlqarqızı