Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

Unikal.org-un məlumatına görə, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.