Hacıqabul rayonunda faciə baş verib.

Unikal.org-un ONA-ya istinadən məlumatına görə, Hacıqabul sakini, Əsədova Şövkət Adil qızı Z.Tağıyev küçəsində yerləşən fərdi yaşayış evinin vanna otağında dəm qazından  boğularaq ölüb. 

Onun 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.