Göyçay rayonunda ölümlə nəticələnən yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Unikal.org-a verilən məlumata görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1976-cı il təvəllüdlü Niftəliyev Bəxtiyar Bahadur oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. 

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.