Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə saat 06:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini Adil Oruc oğlu Kərimova məxsus ev anidən alovlanıb. Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi davam etdirilir və ətraf tikililər yanğından mühafizə edilir.

Faktla bağlı araşdırma aparılır.