Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.
Unikal.org apa-ya istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti"yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.   
Xatırladaq ki, bu gün Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb.APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki mənbəyə verilən məlumata görə, Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər. Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".