Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olundu.
Yaxın saatlarda Prezidentin sərəncamı yayımlanacaq.
Bu barədə Unikal.org-a etibarlı mənbələrdən məlumat daxil olub. Mübariz Ağayevin Kənd Təsərrüfatı Naziri Heydər Əsədova müavin təyin edildiyi bildirirlir. 
Məlumatı saytımıza Göyçay İcra Hakimiiyyətindən də təsdiqlədilər.
 
M.A.Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mübariz Alı oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.