Portuqaliyalı qadın kanoeçi Katarina Sekveyra ölümündən 3 ay sonra uşaq dünyaya gətirib.
Unikal.org xəbər verir ki, Sekveyra kəskin astma ilə əlaqədar 2018-ci il dekabrın 26-da xəstəxanaya düşüb. Həkimlər ona beyin ölümü diaqnozu qoyublar. 26 yaşlı idmançı həmin vaxt hamiləliyinin 19-cu həftəsində olub. Kanoeçinin bədəni uşağı doğulanadək 3 ay ərzində süni aparata qoşulub. Uşağın ana bətnində saxlanılması barədə qərar həkimlərin ailəsi ilə müzakirələri zamanı verilib.
Körpəyə Salvador adı qoyulub. Hazırda uşaq tam sağlamdır və özünü yaxşı hiss edir. Doğuşdan dərhal sonra idmançını süni həyatvermə aparatından ayırıblar.