ABŞ-ın Florida ştatında naməlum şəxs konsertdən sonra müğənniyə atəş açaraq daha sonra özünü öldürüb.
Unikal.org-un "NBC News"-a istinadən verdiyi məlumata görə, hadisə Orlando şəhərində baş verib. Kristina Qrimmi adlı müğənni və "Before You Exit" adlı musiqi qrupunun üzvləri konsertdən sonra avtoqraf paylayarkən həmin şəxs müğənniyə atəş açıb.
K. Qrimminin qardaşı atəş açan şəxsi tutmağa çalışsa da aralarındakı insident zamanı həmin şəxs özünü güllələyib və hadisə yerinə ölüb. Müğənninin vəziyyəti ağırdır.
Hadisəni törədən şəxsin kimliyi və hadisənin motivi hələlik müəyyənləşdirilməyib.
 
Son məlumata görə, ABŞ-da məşhur müğənni Kristina Qrimmi silahlı hücum zamanı aldığı güllə yaralarından ölüb.
Unikal.org-un məlumatına görə, bu barədə Orlando polisinin "Twitter" hesabında məlumat verilib.
"Dərin təəssüf hissi ilə bildiririk ki, müğənni Kristina Qrimmi aldığı güllə yaralarından dünyasını dəyişib", - deyə məlumatda bildirilir.