Türkiyənin Adanada vilayətində yerləşən Çukurova Universitetinin Bədən tərbiyəsi fakultəsində oxuyan bir qız, maddi vəziyyəti aşağı olan tələbə qızları şəbəkəsinə salıb narkotikə alıştırdı və lüks otellərdə iş adamlarına pul müqabilində fahişəliyə cəlb etdiyi məlum olub. 
 
Unikal.org xəbər verir ki, Türkiyənin əxlaq polisi,apardığı əməliyyat zamanı Çukurova Universiteti Bədən tərbiyəsi fakultəsində "Çaça" ləqəbli Ayça.Ö (31) maddi vəziyyəti yaxşı olmayan şagirdləri şəbəkəsinə salaraq onları əvvəl narkotikə alıştırıp sonra da fahişəliyə cəlb etdiyini açıqlayıb.
 
Bu hadisəylə bağlı hərəkətə keçən polis, Ayça Ö-yü həm texniki və həm də fiziki təqibə məruz qoyması nəticəsində çox məsələlərin üstünü aça bilib. 
Edilən təqib nəticəsində məlum olub ki, Ayça Ö universitetdə tələbə yoldaşlarına etdiyi psixoloji təzyiq nəticəsində "Mən İzmirliyəm atam həyatını itirib. "Maddi vəziyyətim yaxşı deyildi ancaq fahişəlik edərək məktəbdə təhsilimi davam etdirdim kimi ifadələrlə onları yoldan çıxardıb. Siz də pul qazanmaq istəyirsinizsə, zəngin olmaq istəyirsinizsə, rahatca oxumaq istəyirsinizsə, bunlara mənim kimi edərək sahib ola bilərsiniz"-deyə tələbə yoldaşlarına psixoloji təzyiqlər edib.  
Nəticədə B.Y. (24), M.G. (21), Ö (22), Ş (22), T.İ. (22) N.C.B. (22) və M.K. (31) adlı 8 tələbə yoldaşını bu üsulla aldadan Ayça Ö. daha sonra sevgilisi Muhittin T. nin (38) tapdığı müştərilərlə bu tələbələrlə birgə cinsi əlaqədə olmasını təmin edib. 
 
Ayça Ö tələbə yoldaşlarını xüsusilə iş adamları ilə cinsi əlaqə qarşılığında 500-2 min lirə arasında lüks otellərdə gecəliyirmişlər.
O da məlum olub ki, Ayça Ö əvvəl zəngin olmaq vədi ilə daha sonra da təhdid edərək fahişəlik etdirdiyini tələbələrə qazanılan pullardan da vermirmiş. Zərər çəkmişlər ifadələri alındıqdan sonra sərbəst buraxılıb. Ayça Ö və 38 yaşlı sevgilisi şübhəli şəxs qisimində saxlanılaraq həbs ediliblər.