Bu gün Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan Unikal.org-a verilən məlumata görə, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub:

- Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan büdcə vəsaitlərin icrasına dair;

- Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair.

Hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.