Qucaqlaşmaq yalnız insanı bir-birinə bağlamaq üçün deyil, həm də fiziki və emosional sağlamlıq üçün çox əhəmiyyətlidir. 

Unikal.org bildirir ki, insan qucaqlaşan zaman "sevgi" hormonu olan oksidosinin səviyyəsi qalxır, nəticədə də ürək-damar xəstəlikləri riski, stressin səviyyəsi azalır, immunitet güclənir, depressiya ehtimalı azalır. 

Buna görə də sağlam və xoşbəxt olmaq üçün gün ərzində  ən azı 8 dəfə qucaqlaşmaq məsləhət görülür. 
 
Qucaqlaşmaq sağlamlığı necə möhkəmləndirir: 

• 20 saniyəlik qucaqlaşmaq qan təzyiqinə və ürək döyünməsinə mənfi təsir göstərən stresi aradan qaldırır. 

• 10 saniyəlik qucaqlaşmaq infeksiyaları aradan qaldırır, immun sistemini stimulaşdırır, depressiyanı aradan qaldırır. 

• Araşdırma göstərir ki, qucaqlaşarkən qucaqlayan insan da qucaqlanan qədər faydalanır. 

Bundan əlavə, əl-ələ tutmaq da insana müsbət təsir edərək stressi azaldır.