Bakı Biznes Universitetində koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük toplantısı öz işinə başlayıb.
Unikal.org xəbər verir ki, toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirilib, Azərbaycan Universitetlərində Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Standartlar və Qaydalar”-a uyğunlaşdırılmasındakı əsas problemlər və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb. Azərbaycan Turizm ve Menecment Universitetini layihə koordinatoru Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, Tədris-metodiki şöbənin müdiri Simnar Mamedov və Beynəlxalq söbənin mütəxəssisi Faina Qaçabəyova təmsil etmişlər. F. Ələsgərova və S.Mamedov ATMU da görülən islər barədə ətraflı təqdimatla çıxış ediblər.