Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sdəri, mllət vəkili Cavid Osmanov Ağdaş rayonunun Şəkili kəndində sakinlərlə görüşüb.

Unikal.org xəbər verir ki. sakinlərlə görüşən Cavid Osmanov son illər ərzində ölkədə görülən işlərdən söhbət açaraq Azərbaycanın tarixində olmayan bir inkişaf dövrü yaşadığını qeyd edi. Paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd etdi. Eyni zamanda Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayan millət vəkili Cavid Osmanov bütün bunların ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olmasını bildirdi. 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirən millət vəkili dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq, Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, ölkənin hərtərəfli dinamik inkişafının təmin olunduğunu vurğuladı. Millət vəkili ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol aoynayan 11 aprel 2018-ci il prezident seçkilərindən ötən bir il ərzində bütün sahələrdə əldə olunan uğurların son 15 ildə qazanılan uğurların davamı olduğunu və bunun hər bir Azərbaycan vətəndaşındaşında böyük qürur hissi yaratdığını bildirdi. Qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 2018-ci ildə andiçmə mərasimində söylədiyi: «Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.» fikirləri ölkəmizin növbəti 7 il üçün yeni hədəflərini müəyyənləşdirib.

Millət vəkili Cavid Osmanov görüşdə həmçinin qeyd etdi ki, müstəqil Azərbaycanın mövcud uğurlu inkaişafını və dünyada artan nüfuzunu gözü götürməyən dairələr vardır ki, onlar da ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Onlar bu çirkin işlərdə radikal müxalifət nümayəndələri və anti-milli mövqe tutmuş şəxsləri qrantlar müqabilində ələ alaraq onlardan bir alət olaraq istifadə edirlər. Həmin şəxslər sosial şəbəkələrdə  dövlət, xalq ümumilli mənafelərin əleyhinə çağırışlar edir, insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Lakin bu adamların yanıldığını və Azərbaycanın artıq güclü bir dövlət olduğunu, həmin qüvvələrə tutarlı cavablar verildiyini də  qeyd edən millət vəkili hər bir vətəndaşın bu şəxslərə qarşı barışmaz mövqe tutması və dövlətə qarşı çıxan satqınlara zamanında layiqli cavab vermələrinin vacib olduğunu vurğulayıb.

Görüşdə Elşən Nəcəfov, Ağasəf Baxışov, Əbil İsmayılov, Qəzənfər Məmmədov, Mətanət Paşayeva və Kifayət Abbasova çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb, bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Ölkə başçımızın atdığı hər addım onun ölkə vətəndaşının yanında olduğunu bir daha təsdiqləyir, 2019-cu ilin əvvəlindən bu günə kimi imzaladığı fərman və sərəncamların, qərarların hər biri sosial inqilabdır və qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir. Çıxış edənlər bildirdilər ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, iqtisadi uğurları artan, maliyyə imkanları möhkəmlənən ölkəmizdə əhalinin maddi rifah halının yüksəlməsi naminə hazırlanan «sosial paket»də daha ciddi islahatlar nəzərdə tutulur. Məhz bu addımlara söykənərək, əminliklə deyə bilərik ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Kənd sakinləri cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və bundan sonra da hər zaman bu siyasətə dəstək olacaqlarını bəyan etdilər. 

Görüşün sonunda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi. Şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupunu qəbul edən millət vəkili onlarla fərdi söhbət etdi.