Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakültəsi marketinq kafedrasının təşkilatçılığı ilə universitetin bir qrup bakalavr, magistr tələbə və doktorantının məqalələri Ukraynanın Boqdan Xmelnitski adına Çerkasi Universitetində keçirilən  “Gənc elm adamlarıının 21-ci elmi konfransı” materillarının xüsusi buraxılışına daxil edilib.

Unikal.org xəbər verir ki, “Təbiət və humanitar elm sahələrinin aktual problemləri gənc elm adamlarının gözü ilə” mövzusuna həsr olunan növbəti tədbirdə Ukrayna və əcnəbi ölkələrin gənc alimləri təmsil olunublar. 

ATMU-nun marketinq kafedrasının müdiri, dosent Elmira Qocayeva bildirib ki, tələbələrdə akademik yazı qabiliyyətinin formalaşması, elmi tədqiqatlara marağın artırılması baxımından beynəlxalq əhəmiyyətli konfranslarda məqalə və məruzələrlə təmsilçilik hüququnun tanınması və sertifikatlarla təltifi istedadlı gəncləri  bu istiqamətdə fəaliyyətə səfərbər edir.