Türkiyənin ATV kanalında yayımlanan məşhur "Mügə Anlı ilə Tatlı Sərt" proqramında bir aydır ailəsi tərəfindən axtarılan itkin düşən azərbaycanlı gənc qız tapılıb. 

Unikal.org xəbər verir ki, türkiyədə itkin düşən Ayten Hüseynovanın ailəsi  onun tapılması üçün "Mügə Anlı ilə Tatlı Sərt" proqramına müraciət edib. Yaxınları, Ayten Hüseynovanın saxta şəxsiyyət vəsiqəsi ilə türkiyədə yaşadığını, son dəfə evdən çıxarkən kişi tanışı ilə görüşüb və bir daha geri dönmədiyi barədə məlumat verib. Məşhur aparıcı Mügə Anlı A.Hüseynovanın tapılmasında özüdə iştirak edib. Onun komandasının apardığı araşdırma nəticəsində A.Hüseynova 38 gün sonra tapılıb. Məlum olub ki, A.Hüseynova Azərbaycandan Türkiyəyə xəstə gətirirmiş. O, illərdir ki, bu bizneslə məşğul olurmuş. A.Hüseynova kişi tanışı ilə yaşadığı evdən çıxıb və hansı səbəblərdən ailəsindən gizlənməsi barədə məlumat verilmir.