Türkiyədə dünyasın dəyişən həbsxana rəsinin yasına gələnlər başsağlığı vermək əvəzinə ona cəhənnəm dilədilər. 

Unikal.org xəbər verir ki, Mamak Həbsxana rəisi olmuş, təqaüdçü polkovnik Raci Tetik 88 yaşında müalicə aldığı xəstəxanada dünyasın dəyişib.

Raci Tetikin cənazə mərasimində bir qrup şəxs etiraz ediblər.

Bozkurt işarələri edən qrup, "Işgəncəçi Raci" deyərək şüarlar səsləndiriblər. Etirazçı qrupun ardından, YAXŞI Partiya İstanbul Millət vəkili Əhməd Çelik də, Raci Tetik'n cənazəsinin başına gələrək ona "işgəncəçi" deyib. Çelik, "Minlərlə adama işgəncə etdi. İnsanların ölümünə səbəb oldu. Biz buraya haqqımızı halal etməməyə gəldik. Məkanı cəhənnəm olsun inşallah" ifadələrini istifadə edib.

Xatırladaq ki,  Türkiyə Silahlı Qüvvələrinin 12 Sentyabr 1980 günü əmri ilə hərbi çevriliş baş verib. Sözügedən dövürdə Raci Tetik həbsxana rəhbəri olub və o, çevriliş zamanı saxlanılan şəxslərə işgəncə verməkdə günahlandırılırdı.