Bakının Xətai rayonunda yerləşən 217 saylı körpələr evi, uşaq bağçasında anti-sanitar şəraitində uşaqlar təhsil alır.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib. Bildirilir ki, belə bir qəzalı vəziyyətdə olan bağça azyaşlıların həyatı və sağlamlığı üçün olduqca təhlükəlidir:

"Amma çox təəssüf ki, bağçanın müdiri Xalidə Lazımova özünə əziyyət verib bu bağçanın taleyinə gün ağlamağı özünə lazım bilmir. Ona görə, baxımsız bir vəziyyət yaranıb. Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi və digər qurumlar təcili hərəkətə keçməlidir. Yoxsa hansısa bədbəxt hadisənin fəsadı arzuolunmaz ola bilər. 
Görəsən, bu bağçaya ayrılan vəsaitlər hara xərclənib ki, körpələr evi bu vəziyyətə düşüb".