Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilb.
Məlumatda deyilir ki, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.