Bakının əsas magistral avtomobil yollarında sürət həddi endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Unikal.org-a verilən məlumata görə, hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd yağışlı hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına hava şəraitini nəzərə almağı eləcə də ehtiyyatlı olmağı tövsiyyə edirik.