"Xəzər" telekanalının aparıcısı Zaur Kamalın başına iş gəlib.
Aparıcı Təbrizdə yaşayan bir kişinin ona hədə-qorxu gəldiyini deyib.
Bu haqda "5/5" verilişində danışan Z.Kamal kişinin xanımını ona qısqandığını deyib:
"Biz aparıcılar hər kəsin ailəsinə daxil olan çağrılmamış qonağıq. Kim istəyər bizə baxar, istəməyən televizoru söndürsün. Biri Təbrizdən mənə yazıb ki, həyat yoldaşım həmişə sənə baxır, buna görə də onla dalaşmışıq, evdə söz-söhbətdir. Mənə görə evdə dava düşüb.
Kişi öz fotosunu da atıb. Deyir, səni görsəm, qəşəng söz deyəcəm. Cavab verdim ki, nə sözün var, yaz. Mənim ailəm, uşaqlarım var, belə şeylər olmasın. Biz sizin evinizə efir vasitəsiylə dayı, oğul, dost, qardaş kimi gəlirik. Bunu başqa yerə yozmayın. Ayıbdır, həyat yoldaşınızla barışın".(Axşam.az)