Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.
Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.
Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.
Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.