Sabiq kənd təsərrüfatı naziri, keçmiş baş nazirin müavini İsmət Abbasov ölkə başçısının son təyinatını və vəzifəsindən getməsini şərh edib.
İsmət Abbasov Unikal.org-a açıqlamasında cənab prezidentin bütün fərman və sərəcamları şərh edilməsədə hesab edib ki, ölkə başçısının bütün addımlarını ən yüksək səviyədə qiymətləndirir: “Cənab prezidentin bütün addımlarını yüksək qiymətləndirirəm. Son təyinatlar bir daha onu göstərdiki, dövlət başçısı hər şeyi hamıdan yaxşı bilir. Cənab prezidentin gördüyü işləri, atdığı addımları bir sözlə ifadə etmək olmaz. Bununla bağlı daha geniş danışıb, şərh vermək lazımdır”.
İsmət Abbasov baş nazirin müavini vəzifəsindən getməsindən də söz açıb: “Mən hər zaman prezidentimizin əsgəri olmuşam. Bu dəqiqədə əsgəriyəm. Hazırda təqaüddəyəm, çünki mənim yaşım çox idi. Amma, buna baxmayaraq dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə hər zaman dəstək verməyə hazıram”. 

Amid Əyyuboğlu