Bu gün axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində naməlum qadın meyiti aşkar edilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, meyit Tovuz rayon morquna yerləşdirilib.
Hazırda qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Qazax rayonunda da 25 yaşlı naməlum qadın meyiti aşkar edilib.