ABŞ Prezidenti Donald Tramp  Şimali Koreya lideri Kim Çen Ini sərhəddə görüşməyə dəvət edib.
Unikal.org
xaricİ KİV-ə istinadən xəbər verir ki, Donald Tramp Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammitində bildirib ki, Cənubi Koreyaya səfər edəcək: “Cənubi Koreya Prezidenti Mun Çje İnin dəvəti ilə sözügedən ölkəyə səfər edəcəm. Əgər Kim Çen In mənimlə görüşmək istəyirsə, Cənubi və Şimali Koreya arasında silahsızlaşdırılmış bölgəyə gəlsin. Yenidən əlini sıxıb və ona salam vermək istəyirəm. 
Tramp Kim Çen Inlə son görüşündən də danışıb: “Mən onunla görüşdüm. Onlar məndən sanksiyaların tamamən aradan qaldırılmasını istədilər. Biz isə bunu etmək niyyətində deyilik. Buna görə, Kim Çen Inlə anlaşmadıq”.