Dubay şeyxi Məhəmməd bin əl-Maktumun arvadı şahzadə Haya onu tərk edib və hələ üstəlik 31 milyon funt pulu da götürüb Almaniyaya qaçıb.
Unikal.orgı xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Haya yeni həyata başlamaq məqsədilə bu addımı atıb.
Onun qızı və oğlunu da özü ilə bərabər götürdüyü bildirilir.
Məlumata görə, şahzadə Haya Dubay şeyxindən dərhal boşanma üçün müraciət edib və Almaniya hökmutindən sığınacaq istəyib.
Şahzadənin qaçışı Almaniya və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik insidentə səbəb olub. Belə ki, şeyx həm də ölkəsinin vitse-prezidenti və baş naziri sayılır.
Məhəmməd bin Əl-Məktum Almaniyaya müraciət edərək 45 yaşlı xanımının, 11 yaşlı qızı Əl Cəlilənin və 7 yaşlı oğlu Zayedin geri qaytarılmasını istəyib.
Lakin Almniya hökuməti onun bu tələbini rədd edib və ailə üçün xüsusi mühafizə xidməti ayırıb.