Türkiyənin Mersin şəhərində kütləvi zəhərlənmə baş verib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxta içkidən istifadə edən 20-yə yaxın şəxs zəhərlənib. Onlardan 5-i dünyasını dəyişib, 14 nəfər xəstəxanada həkim nəzarətində saxlanılır. Zərərçəkənlərdən 4-nün vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə əlaqədar 4 nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.