İş adamı ilə həyat yoldaşı arasında yaranan mübahisə faciə ilə nəticələnib.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Belə ki, səhər saatlarında tanınmış iş adamı Turqay Candaş həyat yoldaşı Şükran Candaşla mübahisə edib. Nəticədə o, evdə olan odlu silahdan atəş açaraq yoldaşını qətlə yetirib. Sonra isə intihar edib.
Polis əməkdaşları araşdırma aparır.