Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifəsindən azad edib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin əmri ilə Çuvaşiyanın Daxili İşlər naziri Sergey Neyaski, DİN-in Sibir üzrə rəisi, general-mayor İqor Medvedyev və daxili xidmət əməkdaşı, general-mayor Nikolay Skopintsev işdən xaric olunublar.