Rusiyanın Sankt-Peterburq şəhərində eyvanda cinsi münasibətə girən cütlük 9-cu mərtəbədən yerə düşüb.

Unikal.org Rusiya mediasına istinadən xəbər verir ki, qonşular və hadisə şahidləri də faktı təsdiqləyiblər. Hadisə yerinə gələn polis küçədə yarıçılpaq vəziyyətdəki qadının meyitini aşkarlayıb. Lakin kimliyi açıqlanmayan kişi tapılmayıb. Evdə araşdırma aparan polislər maraqlı faktlar aşkarlayıblar.

Dedektivlər qadının cansız bədəninin yaxınlığında süpürgə və parça-parça olmuş televizor da tapıblar. Qonşular isə "Səslərə görə, evdə 4 kişi və 1 qadın var idi. Səs-küy aləmi bürümüşdü, alkoqol qəbul edirdilər" deyib. Qonşular bildirib ki, əvvəlcə bir gurultu eşidiblər, sonra isə nəyinsə küçəyə düşdüyünü görüblər:

"Sonda isə bir qadın və bir kişinin göydən düşdüyünü gördük. Kişi yaralanmışdı və hadisə yerindən uzaqlaşdı"
Təxminən 25-30 yaşlarında olan qadının üzərində idmançı şortu olub.

Faktla bağlı araşdırmalar davam edir.(olke.az)