Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.
90-LK-933 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxıb. Qəza nəticəsində avtomobildə olanlardan 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.