Təhlükəsizlik kəməri taxmayan sürücülər artıq kameralar vasitəsi ilə də izlənir.

Unikal.org Milli.Az-a istinadla xəbər verir ki, ötən gün təhlükəsizlik kəməri taxmayan sürücülərdən biri Fətəli Xan Xoyski küçəsində kameraya düşdüyünə görə 40 manat məbləğində cərimələnib.

Həmin sürücü cərimə məktubunun şəklini sosial şəbəkələrdə paylaşaraq sürücüləri diqqətli olmağa və təhlükəsizlik kəməri taxmağa çağırıb.