Müğənni Nadir Qafarzadə 2016-cı ilin avqustunda Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskiylə bağlı xatirəsini paylaşıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı Rövşən Canıyevin toy mərasimində oxuduğunu bildirib.

"Toyunu oxuduğum oğlanlar yaxşı oğlanlar olurlar, Bu da yəqin mənim xoşbəxtliyimdir. Allah rəhmət eləsin! Unudulmayanlar silsiləsindən...", - deyə Qafarzadə qeyd edib.