Qalatasarayın seneqallı oyunçusu Mbaye Diagne çoxarvadlı olduğunu və hazırkı həyat yoldaşı bunu bildiyini söyləyib.

Unikal.org xəbər verir ki, futbolçu Fransanın L'Observateur jurnalına verdiyi açıqlamada şəxsi həyatıyla bağlı çox danışılacaq etiraflar edib.

İtalyan komediyaçı Soumboulou Bathily ilə evlənən və daha sonra boşanan 27 yaşındakı futbolçu keçmiş həyat yoldaşını aldatma iddialarını rədd edərk çoxarvadlı bir insan olduğunu söyləyib.

Mən çoxarvadlıyam və indiki həyat yoldaşım Teresa Niutta bunu bilir. Onsuz da toyumuz İslam ənənələri çərçivəsində baş tutdu. Seneqallı arvadlarımın olduğunu bilir. Bu çox açıq bir həqiqətdir. Ancaq Soumboulou ya da başqa birisi məni gözləməsini istəmirəm. Çünki mən məhdudiyyətləri arzu etmirəm".