PKK terror təşkilatının lideri  Abdullah Öcalanın qardaşı Mehmet Öcalan Qurban Bayramında qardaşı ilə görüşləri barədə danmışıb. 

Unikal.org xəbər verir ki, o görüş zamanı Abdullah Öcalanın barış, sülh çağrışı etdiyini, HDP-yə xalqa xidmət etməsi üçün mesaj göndərdiyini söyləyib: 

“Məsələ insan qanının dökülməsiylə bitmir. Hər zaman barışa varıq”. 

 2016-cı ildən bəri 3 dəfə PKK lideri ilə görüşən Mehmet Öcalan bayramın ikinci günündə son görüşünün təxminən bir saat davam etdiyini söyləyib. 

M.Öcalan təkcə bayramlarda deyil, iki həftədən bir olan ailə görüş haqqının yerinə yetirilməsi lazım olduğunu vurğulayıb. PKK liderinin qardaşı aclıq tətilləri etdikdən sonra qismən haqqlarının tanındığını deyib: 

“Hər görüşə getdiyimiz zaman üzüm qapıya doğru baxardı. Bu dəfə üzümü çevirməmi istədilər. Başqan gəldi, ona doğru çevrilib əl verib salamlaşdım. Mənə “Sizi gözləmirdim, sanki təsadüfən gəlibsiniz kimi gəldi” dedi. Vəkillərin  bizə bayramın ikinci günü görüşə biləcəyimizi söylədiklərini dedim. 

A.Öcalan həmçinin “Kürd probleminin həlli üçün üzərimizə düşən vəzifə yerinə yetirərik” deyib. 

“Pəncə” hərəkatıyla bağlı isə “Hərəkat müharibə deməkdir. Bu məsələ insan qanının tökülməsiylə həll ediləcək bir məsələ deyil. Biz hər zaman sülhə varıq. Hər zaman da döyüşə qarşı olacağıq, döyüşün yerinə sülhün olması lazımdır” deyə bildirib”.