Bəşər Əsəd qüvvələri və Rusiya ordusu Suriyanın İdlib bölgəsinin cənub hissəsini bombalayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bombardman nəticəsində xeyli sayda dinc insanın həlak olduğu deyilir. Qurban Bayramı günlərində İdlib bölgəsinin cənub hissəsi bombardman edilib və nəticədə 124 mindən çox Suriya vətəndaşı öz evlərini tərk etmək məcburiyətində qalıb. Hazırda 124 min insan Suriya-Türkiyə sərhədindəki düşərgələrə köçmək məcburiyətində qalıb.