Sosial şəbəkədə tanış olduğu kişi ilə görüşmək üçün Ukraynadan İzmir şəhərinə gələn 48 yaşlı Svetlana A. təcavüzə məruz qaldığını iddia edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təcavüzdə ittiham olunan şəxsin sosial şəbəkədə istifadə etdiyi adın saxta olduğu müəyyənləşib. 48 yaşlı qadın isə xəstəxanada müalicəsinə davam edir. 

Onun xəstəxanaya aparılma səbəbi cinsiyyət orqanında qanama yaranması olub.

Faktla bağlı araşdırma aparılır.