Bu gün Şirvan şəhəri, Nərimanov 9, mənzil 19 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, eyvanın üzərində olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb.
Hadisə nəticəsində L. Şirinova sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
L. Şirinovanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən xilas edilib.