Qazaxıstanın qərb bölgəsində qeyri-adi hadisə baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 24 may tarixində qız uşağı dünyaya gətirən 29 yaşlı Lilia Konovalovanın 3 ay sonra oğlu dünyaya gəlib. Bu hadisənin çox nadir olduğunu və 50 milyonda bir baş verə biləcəyi bildirilib.
Həkimlər 29 yaşlı qadının 2 bətnə sahib olması səbəbi ilə belə bir halla üz-üzə gəldiklərini deyiblər.