ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə növbəti dəfə görüşə biləcəyini bəyan edib.
Unikal.org xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ Prezidenti Şimali Koreyanın raket sınaqlarından narazı qaldığını, ancaq Pxenyanın raket sınaqları ilə hər hansı razılaşmanı pozmadığını da söyləyib.
Qeyd edək ki, D. Tramp və K. Ç. İn arasında son görüş iyunun 30-da Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada baş tutub. Görüşdən sonra D. Tramp K. Ç. İnlə müəyyən detalları razılaşdırmaq üçün danışıqlar üzrə komandalar formalaşdıracaqlarını bildirmişdi.