Avqustun 27-də Xəzər dənizində maqnitudası 3,6 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, zəlzələ yerli vaxtla saat 02:18-də Xəzər dənizinin Türkmənistan sahillərinə yaxın ərazidə qeydə alınıb.
Zəlzələnin episentri 30 km dərinlikdə olub.