Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlarda yoxlma aparıb.

Unikal.org xəbər verir ki, artıq Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2019-cu ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri açıqlayıb.

Hesabatda bildirilir ki, 01.11.15-dən 01.11.18-ci il tarixinədək dövr üçün Qax rayon Peşə Lisseyində nəzarət tədbiri həyta keçirilib. Nəticədə 223 660 manat vəsaitin artıq və əsassız ödənişlərdə xərcləndiyi aşkar edilib. Bu  məbləğin isə dövlət büdcəsində qaytarılması mümkün olmayıb. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Zaqatala Peşə Məktəbində 01.09.13-dən 01.12.18-ci il tarixindək dövrü əhatə edən nəzarət tədbirləri həyata keçirilib. Nəticədə 12 990 manat vəsaitin artıq və əsassız ödənişlərdə xərcləndiyi aşkar olunub. Sözügedən vəsaitin dövlət büdcəsinə qaytarılması mümkün olub. 

Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbində də 01.09.2016 və 01.12.2018-ci il tarixlərində 17 660 manat vəsaitin artıq və əsassız ödənişlərdə xərcləndiyi aşkar edilib. Bu vəsaitin də dövlət büdcəsinə qaytarılması mümkün olmayıb. 

2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Səhiyyə Nazirliyinin Mingəçevir Tibb Kollecində də nəzarət tədbirləri aparılıb.

01.11.16 və 01.12.18 tarixləri üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı ciddi pozuntular aşkarlanıb. 19 240 manat vəsaitin artıq və əsassız ödənişlərdə xərcləndiyi müəyyən olunub. 

Yuxarıdakı hadisələrə hüquqi qiymət verilməsi üçün sənəd Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Murad