Rəsmi Vaşinqton İranın raket proqramını inkişaf etdirməkdə rolu olan bu ölkənin iki şirkətinə sanksiya tətbiq edib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi, İran hərbi təşkilatlarının maraqları naminə fəaliyyət göstərən və İran hakimiyyəti ilə əlaqəli olan iki şirkətə sanksiya tətbiq edib.